Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iki boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə start verilib.

Finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.

"Xalq qəzeti"

22 Oktyabr 2021 12:50 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə