Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşüb

Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib.
Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

"Xalq qəzeti"

22 Oktyabr 2021 12:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə