Ən son xəbərlər
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 2018-ci il bu gün--noyabrın 16-da Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Nazir Tərtər, Bərdə, Goranboy, Ağdam rayon sakinlərini qəbul edib səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçiblər.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə