Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Evdə qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində ölən şəxslə bağlı cinayət işi başlanıb

Oktyabrın 2-də Şamaxı şəhər sakini Mirdaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şamaxı Rayon Prokurorluğunun "Xalq qəzeti"nə daxil olan məlumatında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

22 Oktyabr 2021 11:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə