Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün ictimai yerlərdə yeddi nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

Oktyabrın 21-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət məcəlləsinin 139-1-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Xalq qəzeti"

22 Oktyabr 2021 11:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə