Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk kosmik raket

 

Cənubi Koreya ilk dəfə öz istehsalı olan “Nuri” (KSLV-II) adlı daşıyıcı kosmik raketin startını həyata keçi­rib. Bildirilir ki, raketin “Naro” kosmodromun­dan startı telekanallar vasitəsilə canlı yayım­lanıb. İki yüz tonluq raket yarım tonadək çəkisi olan peykləri orbitə çıxaracaq. Daşıyıcı raket üzərində işlər 2010-cu ildən etibarən aparı­lıb.

Məlumatı RİA “Novosti” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

22 Oktyabr 2021 01:06 -

Köhnə versiyamızdan xəbərləri izlə