Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Trampın şəxsi sosial media platforması yaxın aylarda fəaliyyətə başlayacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn ay öz şəxsi sosial media platforması "TRUTH Social"ı istifadəyə verməyi planladığını açıqlayıb. Bu barədə BBC məlumat yayıb.

Sosial media platforması barədə açıqlama verən Do­nald Tramp bildirib ki, hazırda dünyada mövcud olan böyük sosial şəbəkələr ABŞ-da, həmçinin digər ölkələrdə fikirləri təhrif etməyi və tirajlama­ğı bacarır. O qeyd edib ki, bu platforma da məhz böyük texnologiya şirkətlərinin hege­monloğuna qarşı çıxacaq.

Trampın şəxsi sosial media platforması yaxın aylarda fəaliyyətə başlayacaq.

“TRUTH Social”ın gələn ay xüsusi seçil­miş qonaqlar üçün açılacağını bildirən Tramp, platformanın 2022-ci ilin ilk rübündə ümumi istifadəçilər üçün əlçatan olduğunu açıqlayıb.

Xatırladaq ki, bu il yanvarın 6-da Twitter, Google-a məxsus YouTube və Facebook so­sial media platformaları Trampın hesablarını dondurmuşdu. Adıçəkilən şirkətlər bu addımı Trampın 2020-ci il prezident seçkilərində Konqresdəki tədbirlərdə iştirak və saxtakarlıq etdiyi iddialarına görə atdıqlarını açıqlamış­dılar.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

22 Oktyabr 2021 01:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə