Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yenilənmiş həyət Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1 və 2a ünvanında yerləşən, təxminən, 1600 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanla­rın rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılıb, gənclərin asudə vaxtları­nın səmərəli keçirmələri məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb, futbol və bas­ketbol meydançası inşa olunub. Yeni həyətin ərazisində 5 ədəd söhbətgah, çoxsaylı otura­caqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alına­raq, yeni liftlər, müasir işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqlara əlavə olaraq 80 ədəd ağac əkilib, yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün ra­yonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

22 Oktyabr 2021 00:29 -

Köhnə versiyamızdan xəbərləri izlə