Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP və AK Parti arasında növbəti videokonfrans keçiriləcək

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçiriləcək.

Bu barədə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: “Prezident–Xalq–Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada məlumat verib.

Tahir Budaqov bildirib ki, vide­okonfransın müzakirə mövzusu Vətən müharibəsində əldə edilən qələbə və bölgədə yaranan yeni reallıqlardır. O, dəyirmi masada iştirak edən siyasi partiyaların rəhbərlərini həmin tədbirdə iştirak etməyə dəvət edib.

YAP Sədrinin müavini həmçinin qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbədən sonra Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb: “Artıq YAP Gənclər Birliyinin nümayəndələri Qazaxıstan­da səfərdə olublar. Ukray­na və Özbəkistanın siyasi partiyalarının da əməkdaşlıq təklifləri var. Çin Kommu­nist Partiyası da diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Bu gö­rüşün mövzusu ilə bağlı müzakirələr olacaq”.

Tahir Budaqov vurğulayıb ki, türk dövlətlərinin siyasi partiya­ları ilə ikitərəfli əlaqələrin forma­laşması istiqamətində də mühüm addımlar atılacaq.

“Xalq qəzeti”

22 Oktyabr 2021 00:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə