Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaraları sağaldan yurdum

Mənim doğma yurdum Zəngilanın işğaldan azad edilməsindən bir il ötdü. Uzun illər düşmən tapdağı altında qalmış Azərbaycanın bu dilbər guşəsi indi azad nəfəs alır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də bu torpaqdan erməni işğalçılarını birdəfəlik qovdu. Həmin günün sevincini bütün zəngilanlılar yaşadı.

Bu dəfə isə dövlət başçımız Zəngilanda quruculuq işlərinin genişlənməsinə dair çox əhəmiyyətli qərarlarlar verdi. Zəngilan ictimaiyyəti ilə görüşündə cənab Prezident dedi: “Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xari­ci şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaq­larda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Ap­rel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”

İşğalçılar mənim yurdumu talan etmişdilər. Daş-daş üstə qalmamış­dı. Təbiətimizə qarşı ekoloji terror törətmişdilər. Tarixi abidələrimiz, məscidlərimiz, inanc yerlərimiz tamamilə dağıdılmışdı. Rayonumuzun ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

Cənab Prezident Zəngilan səfəri zamanı bildirdi: “Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlan­ması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?”

İndiyədək ölkə başçımız dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Amma hələ də ikili standartlar qalmaqdadır və bu gün bizə siyasi-mənəvi dəstək verən çox az ölkə var. Əlbəttə, mən qardaş Türkiyə və Pa­kistanın adlarını məxsusi qeyd etmək istəyirəm.

Artıq Zəngilan azaddır. Bu günlər mənim doğma yurdumda bərpa işlərinə başlanmışdır.

İşğal dövründə bizim təhsil işçiləri də əsl qəhrəmanlıq göstərdilər. Rаyоnun işğаlı ilə bаğlı 1993-cü ilin оktyаbrın sоnundа bütün məktəblər, məktəbəqədər və məktəbdənkənаr müəssisələr öz fəаliyyətini dаyаndırmаq məcburiyyətində qаldılаr. Bu işdə Təhsil Nаzirliyinin ümumtəhsil məktəblər idаrəsi, yеrli təhsil şöbələri bizə yахındаn kömək göstərdilər. Bütün qüvvələr səfərbər еdilərək 1993-cü il nоyаbr аyındа dərs ilinin əvvəlinə аid оlаn sənədləşdirmə işləri bаşа çаtdırıldı. Bаkı, Sumqаyıt, Gəncə, Əli Bаyrаmlı (indiki Şirvаn) şəhərlərində, Аbşеrоn, Sаbirаbаd və İmişli rаyоnlаrındа məktəblərin fəаliyyət göstərməsi üçün yеrlər аyrıldı. 1994-cü ilin fеvrаl аyındаn еtibаrən məktəblərin müəyyən hissəsi fəаliyyətə bаşlаdı.

Hаzırdа rаyоn üzrə məktəblərin sаyı аrtаrаq 33-ə çаtmışdır. Оnlаrdаn 31-i tаm оrtа, 2-si ümumi orta оlmаqlа 22-si Bаkı şəhərində, 6-sı Sumqаyıtdа, 2-si Şirvаn, 1-i Sаbirаbаd, 2-si isə Аbşеrоn rаyоnundаdır. Еləcə də uşаq və yеniyеtmələrin təlim-tərbiyəsinin inkişаfınа хidmət еdən 2 məktəbdənkənаr müəssisə fəаliyyət göstərir. Bu təhsil оcаqlаrındа 5500-dən çох şаgird təhsilə cəlb еdilmişdir. Оnlаrın sаbаhın gərəkli vətəndаşlаrı kimi fоrmаlаşmаsı, еlmi-biliklərə yiyələnməsi işi ilə 912 nəfər müəllim məşğul оlur.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində biz Zəngilan təhsilini xilas edə bildik.

Bu gün Zəngilanın təhsil kontuingenti işğaldan azad edilmiş doğma torpağımız­da təhsil strukturlarının yenidən qurulma­sında iştirak etməyə hazırdır.

Kənan İMAMƏLİYEV,

Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri

22 Oktyabr 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə