Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, YAP Veteranlar Şura­sının üzvlərinin, partiyanın rayon təşkilatlarının fəallarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, bugünkü konfrans Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Sərəncamda da qeyd olunduğu kimi, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də daim xüsusi diqqət yetirib. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaş­dırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Milli Məclisin deputa­tı, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, profes­sor Nizami Cəfərov isə bildirib ki, əlbəttə, Nizami Gəncəvi Azərbaycanın varlığının simvollarından biridir: “Nizami Gəncəvinin 800 illik yubileyi keçirildikdən sonra dahi şair daha çox tanınmağa başla­yıb və o vaxtdan da onun bir Azərbaycan şairi, mütəfəkkiri olması ilə bağlı akademik səviyyələrdə mülahizələr meydana çıxıb. Dünyanın ən böyük şairlərinin yeni dövrə qədər Nizami Gəncəvi yara­dıcılığına müraciət etmələri onun ideyalarının böyüklü­yünün təqdimatıdır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Ni­zaminin dünya şöhrəti ilə yana­şı, həm də dövlətimizin Nizami Gəncəvi irsinə münasibətinin səciyyəvi cəhəti kimi də qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin Nizami yaradıcılığına, şəxsiyyətinə çox böyük dəyər verdiyini söyləyən Nizami Cəfərov dün­ya azərbaycanlılarının Lideri, Prezident İlham Əliyevin də müasir dünyada Nizamini tanıt­mağın çox müxtəlif yollarının, üsullarının kəşfi ilə fərqləndiyini söyləyib. Bu mənada qeyd edib ki, Azərbaycan Prezidentin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi çox dərin ictimai-siyasi məzmun daşıyır.

Çıxış edən Veteran­lar Şurasının üzvü Tahir Məmmədovun sözlərinə görə, Azərbaycan xalqının görkəmli şairi və dahi mütəfəkkiri, böyük söz ustadı Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatını deyil, bütün dünyanın söz xəzinəsini bədii olaraq zənginləşdirib. Şairin əsərlərində obrazı yaradılan, dolğun bədii boyalarla təsvir olunan kərpickəsənlər, daş yonanlar, böyük məqbərələri ərsəyə gətirən memarlar, nəqqaş və sazəndələr, xəttatlar bu gün obrazlı şəkildə qeyd etsək, Azərbaycanın işğaldan azad olunmuş kəndlərində, şəhərlərində qızğın quruculuq işləri ilə məşğuldurlar.

Müzakirə şəklində davam edən videokonfransda parti­ya fəalları - Elnur Tağıyevin, Gülər Bayramın və Varis Rüstəmovun sualları cavablan­dırılıb.

“Xalq qəzeti”

21 Oktyabr 2021 22:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə