Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tut əlimdən”: bu dəfə şəhidimiz Rəhim Hüseynovun övladları ilə nazir müavini Vüsal Nəsirli yaddaqalan gün keçirib

“Tut əlimdən” layihəsi üzrə bu gün, oktyabrın 21-də saat 18.30-da AzTV-də yayımlanacaq növbəti verilişdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və şəhid Rəhim Hüseynovun övladları Hikmət və Rüfətin birgə keçirdikləri bir gün təqdim ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və AzTV-nin “Tut əlimdən” layihəsi çərçivəsində rəhbər vəzifəli, tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir. Onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olur, qayğılarını bölüşür.

Layihənin məqsədi şəhidlərimizin bizə əmanətləri olan övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.

Vüsal Nəsirli və şəhidimiz Rəhim Hüseynovun görüşündən çəkilmiş fotoları təqdim edirik.

"Xalq qəzeti"

21 Oktyabr 2021 16:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Noyabr 2021 | 16:14
Sabaha olan hava PROQNOZU
27 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə