Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı metrosunun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni”ndən verilən xəbərə görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.

Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq.

Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinin III turunda bu gün “Qarabağ” – “Kayrat” görüşü keçiriləcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

"Xalq qəzeti"

21 Oktyabr 2021 16:11 -

Köhnə versiyamızdan xəbərləri izlə