Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi əməkdaşlıq edəcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Kulinariya Sənətləri Mərkəzi “CÀSÀ” arasında kulinariya sahəsinin inkişafına dəstək məqsədilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə məlumat Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilib. Bildirilib ki, birgə əməkdaşlıq hotel, restoran sektorunda öz ixtisas və karyera səviyyələrini yüksəltmək istəyən şəxslər üçün müxtəlif təlimlərin təşkilini, həmçinin tədris proqramlarının yaradılmasını nəzərdə tutub.

“CÀSÀ” və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyi proqramlar yerli və beynəlxalq səviyyəli peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Tələbələr nəzəri biliklərlə yanaşı, Bakının aparıcı hotel və restoranlarında iş təcrübəsinə yiyələnəcəklər. Təcrübə proqramları onlara gələcək karyeralarında yüksəlmək, həmçinin yerli və beynəlxalq miqyasda yeni imkanlar yaradacaq.

21 Oktyabr 2021 14:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə