Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıb

Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

"Xalq qəzeti"

21 Oktyabr 2021 10:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə