Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Barselona” Fati ilə razılığa gəlib

 

İspaniyanın “Barselo­na” futbol klubu futbolçu Ansu Fati ilə müqaviləni uzadır. Bildirilir ki, tərəflər 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq­lar. Artıq “Barselona”nın direktoru Mateu Alemani ilə futbolçunun agenti Jorje Mendeşin görüşdüyü və razılıq əldə olunduğu qeyd edilib. 18 yaşlı hücumçunun təzminat qiyməti isə 1 milyard avro olacaq.

Yeri gəlmişkən, “Barselona” klubu bazar günü “Real”la keçiriləcək “El Klassiko”dan əvvəl Fati ilə yeni müqaviləni açıqlamağı planlaşdırır.

Məlumatı “Futbolhd” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

21 Oktyabr 2021 02:16 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə