Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aso vulkanı fəallaşıb

Yaponiyanın cənub-qərbində yerləşən Kyusu adasındakı Aso vulkanı yenidən püskürüb. Bildirilir ki, Kumamoto prefektura­sında yerləşən vulkandan qalxan qara tüstü ətrafa yayılıb. Püskürmə anın­da vulkanın yaxınlığında yerləşən dayanacaqda bir neçə avtobusun və 20-dək avtomobilin olduğu bildirilir. Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilməyib. Həmçinin vulkan püskürməsinin hava nəqliyyat xətlərində hərəkətə təsiri barədə də məlumat yoxdur.

Yaponiya Meteorologiya Agentliyi beş ballıq cədvəl üzrə üçüncü dərəcəli xəbərdarlıq yayıb. Vulkandan təqribən bir kilometr məsafədə böyük daşlar və piroklastik axıntı qeydə alınıb. Vulkana iki kilometr məsafədə yaxın­laşmaq qadağan edilib.

Məlumatı NHK yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

21 Oktyabr 2021 02:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə