Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Əflatun Allahyar oğlu
Quliyev Hüsnü Ələkbər oğlu
Məmmədov Aqibət İdris oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Amil Məhəmməd oğlu
Əmirov Çingiz Aydın oğlu
Gülgəzov Fərhad Aşır oğlu
Həmzəyev Müseyib Mürsəl oğlu
Həsənov Zaur Mail oğlu
İbrahimov Valeh Firudin oğlu
Qarayev Coşqun Əlövsət oğlu
Mirzəbəyov Əhməd Əzizxan oğlu
Musayev Fazil Kamal oğlu
Səfərov Afiq Surxay oğlu.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il

16 Noyabr 2018 00:36 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə