Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT rəsmisi İlon Maskdan kömək istəyib

BMT-nin Ümumdün­ya Ərzaq Proqramının rəhbəri Devid Bizli aclıq və onun bəşəriyyət üçün təhlükəsi ilə mübarizə məqsədilə “Tesla” və “SpaceX” şirkətlərinin sa­hibi İlon Maskdan kömək istəyib. Məlumata görə, o, özünün “Twitter” səhifəsində amerikalı sahibkara müraciət edərək deyib: “Bu il 42 milyon insan aclıq astanasına çatıb. Qlobal iqtisadi böhran koronavirus pandemiyası səbəbindən kəskinləşib. Buna cavab verməsək, bizi aclıq, qeyri-sabitlik və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə dünən 6 milyard dollar qazandınız - bu, fəlakətin qarşısını almaq üçün lazım olan məhz həmin məbləğdir! Xahiş edirəm, kömək göstərin!”.

Xəbəri BBC verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

21 Oktyabr 2021 02:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə