Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı başlayır

 

 

Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin növbəti toplantısı keçiriləcək. İki gün davam edəcək tədbir sabah başa çatacaq. Bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, Şimali Atlantika Alyansı—NATO-nun növbəti toplantısında qurumun hazırda Avropa qitəsində, bütövlükdə, qlobal səviyyədə təhlükəsizliyin təmin olunmasında qarşı­sında duran əsas vəzifələrin müzakirə olunacağı gözlənilir. Siyasi təhlilçilər hesab edirlər ki, Ağ evin hazırkı administrasiyası dünyanın ən böyük hərbi alyansının bundan sonrakı fəaliyyətinin genişlənməsinə dəstək məqsədilə öz sələfi Prezident Donald Tramp dönəmində xeyli zəifləyən ABŞ-NATO əlaqələrini hər vəchlə gücləndirməyə çalışır. Böyük ehtimalla, tədbirə qatılan ABŞ Müdafiə naziri Lloyd Austin ölkəsinin bu istiqamətdə orta­ya qoyacağı səyləri bir daha açıqlayacaq.

Qeyd edək ki, Pentaqo­nun şefi Brüsselə gəlməzdən əvvəl Gürcüstan, Ukrayna və Rumıniyada bu ölkələrin rəsmiləri ilə görüşərək geniş müzakirələr aparıb. Onun budəfəki səfəri beynəlxalq aləmdə dərin maraq doğur­duğundan qlobal mediada geniş işıqlandırılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi müzakirələrdən sonra Lloyd Austin ukraynalı həmkarı Andrey Taran ilə birlikdə jurnalistlərin Ukraynanın alyansa mümkün üzvlüyü və başqa mövzularda sualla­rını cavablandırıb. ABŞ-ın Müdafiə naziri birmənalı şəkildə deyib ki, heç bir üçüncü ölkənin Ukraynanın NATO ittifaqına üzv olmaqla bağlı istəklərinə veto qoymaq hüququ yoxdur.

“Ukraynanın gələcək xarici siyasətini müstəqil olaraq həll etmək hüququ var və bunu kənardan heç bir müdaxilə olmadan edə biləcəyini gözləyirik” - deyə Lloyd Austin çərşənbə axşa­mı Kiyevə səfəri zamanı Ru­siyanın Ukraynanın NATO-ya üzv olmasına etirazı barədə sualın cavabında bildirib. Amerikalı nazir Rusiyanı Ukraynanın şərqində gedən müharibənin sülh yolu ilə həllində "maneə" adlandırıb.

Lloyd Austin sonra bildirib: “Bir daha Rusiyanı Krımın iş­ğalına son qoymağa, Ukray­nanın şərqindəki müharibəni dayandırmağa çağırırıq. Rusiya Qara dənizdə və Ukrayna sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə də son qoymalıdır”. Penta­qon şefi sonra vurğulayıb ki, ABŞ hökuməti bundan sonra da Ukraynanın müdafiə qabiliyyətini inkişaf etdirmək səylərini dəstəkləmək üçün əlindən gələni edəcək.

M.HACIXANLI, “Xalq qəzeti”

21 Oktyabr 2021 02:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə