Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəməşqdə terror aktı

 

Dəməşqin mərkəzində, Prezident körpüsü adlanan yerdə Suriya ordusuna məxsus avtobus partladılıb. Suriyanın “Əl-İxbariya” dövlət televiziyasının və “SANA” agetliyinin verdikləri məlumata görə, avtobusda olan Suriya hərbçiləri həlak olublar. Hadisə yerli vaxtla saat 6:50-də baş verib.

Terrorçular əvvəlcə bir partla­yış törədiblər. 50 metr aralı onlar ikinci partlayışı törədiblər. Lakin üçüncü partlayı­şın qarşısı alınıb. Suriyalı minaax­taranlar partla­dıcı maddəni zərərsizləşdiriblər.

RİA “Novosti”nin məlumatına görə, Suriya Təhlükəsizlik Xidmətindən bildiriblər ki, avtobusda 14 hərbçi olub. Onların hamısı həlak olub.

Terror aktına cavabdehliyi hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

21 Oktyabr 2021 02:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə