Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı Rayon İcra Hakimiyyəti TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

 

Təkliflər sorğusunun predmeti- zəlzələdən ziyan çəkmiş evlərin təmiri işlərinin satınalınması.

Maraqlanan təşkilatlar sedaqet.isma­yilov @shamaxi-ih.gov.az internet saytı ilə və (020) 265 16 55 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN- 8400015691

H/h- AZ69C­TRE00000000000002512731

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

Kod- 210005

M/h- AZ­41NABZ01360100000000003944

SWIFT: STREAZ22

İştirak haqqı 3000 manatdır.

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Malgöndərənin tenderdə iştiak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi).

• Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri.

• Tender təklifi:

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.

• Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması barədə arayış.

• İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.

• İddiaçının hansı sahibkarlıq meyar­larına uyğun olması haqqında sənəd.

• Satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanma­sı üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol­masının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

• Müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi üçün lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Siyahısı yuxarıda göstərilən və iddiaçı­nın tender təklifini təşkil edən sənədlər tender komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının təklifi əsli və surəti eyni zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub xarici zərfi imzalayıb möhürləyərək əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilən vaxtdan gec olma­yaraq qeyd edilən ünvana göndərirlər.

Tender proseduru “Dövlət satınalmala­rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 10 noyabr 2021-ci il saat 11.00-a qədər satınalan təşkilata (ünvan-- Şamaxı şəhəri, Heydər Əliyev küçəsi 27, Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasına, telefon-(020) 265 16 55) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 11 noyabr 2021-ci il saat 11.00-da Şamaxı şəhəri, Heydər Əliyev küçəsi 27. Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında açıla­caqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

21 Oktyabr 2021 02:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 Dekabr 2021 | 01:23
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə