Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Xarı bülbül” abidəsi inşa edilib

 

Ötən il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu.

Ali Baş Komandanımızın müdrik strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq əldə edilən tarixi zəfərdən sonra illər ötəcək, qərinələr keçəcək, bu şanlı qələbə xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unudulmayacaq.

Qırx dörd günlük parlaq uğurdan sonra bu qələbəyə QHT-lər, idmançılar, yazıçılar və s. tərəfindən öz töhfəsini verənlər də az deyil. Bu istiqamətdə Əməkdar bədən tərbiyəsi və idman xadimi, Aşihara Karate Federasiyasının prezidenti Maarif Bağırovun fəaliyyəti də xüsusi diqqət çəkir. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə Ashihara Karate Fe­derasiyasının yerləşdiyi ərazidə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağ­da erməni işğalçılarına qarşı aparı­lan savaşda misilsiz igidlik göstərən şəhidlərimizin xatirəsinə “Xarı bülbül” abidəsinin inşa edilməsi bunun parlaq ifadəsidir.

Qeyd edək ki, Bakı şəhəri, Səməd Vurğun küçəsi (Zabitlər bağı), 75 saylı binanın yanında yerləşən abidənin inşası bu il sentyabr ayının 27-də başa çatıb.

Xatırladaq ki, Maarif Bağırov 2002-ci ildən iştirak etdiyi Dünya çempionatla­rında Azərbaycan layiqincə təmsil olunur və yüksək nəticələr qazanılır.

“Xalq qəzeti”

21 Oktyabr 2021 02:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə