Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31389 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9257472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4991242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4266230 təşkil edir.

"Xalq qəzeti"

20 Oktyabr 2021 16:53 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə