Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyinin mütəxəssisi: Azərbaycanda COVID-19 uşaqlar arasında epidemiya halını almayıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) uşaqlar arasında epidemiya halı almayıb. Uşaqlar arasında yoluxma sayı artsa da, bu, epidemiya halı aldığını deməyə əsas vermir.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində "COVID-19 peyvəndləri" mövzusunda danışarkən deyib.

Həkim-infeksionist bildirib ki, məktəblərin açılması ilə əlaqədar uşaqlar arasında yoluxma sayında artım müşahidə edilir: "Xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaratsa da, onlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

20 Oktyabr 2021 16:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə