Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı fərdi sahibkarların sayı açıqlanıb

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,142 milyonu keçib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, oktyabrın 1-i vəziyyətinə ölkədə sahibkarların sayı 1 142 511-ə çatıb.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (384 020 sahibkar və ya ümumi sahibkarların 33,6%-i), "Ticarət; nəqliyyat

vasitələrinin təmiri" (238 987 – 20,9%), "Nəqliyyat və anbar təsərrüfatı" (126 679 – 11,1%) və "Digər sahələrdə xidmətlərin göstərilməsi" (115 314 – 10,1%) sahələri üzrə qeydiyyatdan keçib.

20 Oktyabr 2021 18:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə