Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tallin şəhərində Müstəqilliyimizin Bərpası Günü təntənəli şəkildə qeyd edilib

Estoniyada fəaliyyət göstərən “İrs” Estoniya-Azərbaycan gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Tallin şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Ölkənin tarixi-mədəni memarlıq abidəsi olan Tallin Ratuşunda baş tutan tədbirdə Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Estoniyanın rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə, Leyla Rəhimova və eston musiqiçisi Mari Liis Uibon çıxış ediblər. Yerli “Graatsia” rəqs qrupu Azərbaycan rəqslərini təqdim edib.

"Xalq qəzeti"

20 Oktyabr 2021 15:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə