Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura yekun vurulacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun növbəti qarşılaşmaları keçiriləcək.

 "Xalq qəzeti" xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.

H qrupunda turnirin son qalibi olan “Çelsi” İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliyanın "Yuventus" klubu Rusiyada "Zenit"lə qarşılaşacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

E qrupu

"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna);

"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya).

Qrupdakı vəziyyət: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya);

"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya).

Qrupdakı vəziyyət: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

"Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya);

"Lill" (Fransa) - "Sevilya" (İspaniya).

Qrupdakı vəziyyət: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç);

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya).

Qrupdakı vəziyyət: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0.

20 Oktyabr 2021 18:06 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə