Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

"Xalq qəzeti" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib. Belə ki, ermənilərin ataraq qaçdığı 2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 “AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və müxtəlif çaplı 1400 patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

20 Oktyabr 2021 12:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə