Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda arıçılıq məhsullarının satış yarmarkası açılıb

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

 "Xalq qəzeti" xəbər verir ki, yarmarkaya çıxarılan balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

20 Oktyabr 2021 12:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri
17 Yanvar 2022 | 09:45
AMB-nin valyuta məzənnələri
17 Yanvar 2022 | 09:24
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə