Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnternet hədiyyəli ən yeni model “iPhone–13” smartfonları artıq “Azercell” eksklüziv mağazalarında

 

 

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən ölkəmizdə ən son model iPhone cihazlarının satışını gerçəkləşdirir. Uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları artıq “Azercell” eksklüziv mağazalarında müştərilərə təqdim olunur.

Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Azercell” App­le şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən fay­dalanmaq imkanı yaradır. “Azercell”in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırladaq ki, hələ oktyabrın 8-dən yeni iPhone modellərinin limit­siz imkanlarını “Azercell”lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılmışdı. Ən müasir texno­logiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Ətraflı məlumat üçün https://www. azercell.com saytına daxil ola bilərsiniz.

“Xalq qəzeti”

19 Oktyabr 2021 23:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə