Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 313 Bakı şəhəri, 15 oktyabr 2021-ci il
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 iyul tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli, 2 avqust tarixli 231 nömrəli, 28 avqust tarixli 245 nömrəli, 3 sentyabr tarixli 251 nömrəli və 24 sentyabr tarixli 280 nömrəli qərarları) aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
“2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaş-larının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
2.5-7.1. Argentina Respublikası;
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

19 Oktyabr 2021 23:31 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə