Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas kapitala 9,56 milyard manat vəsait yönəldilib

2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində vəsait yönəldilmişdir.

Statistika Komitəsindən bildiriblər ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6 milyard 407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

 

20 Oktyabr 2021 00:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə