Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidentinin Afrika turnesi başlayıb

Türkiyə Afrika ölkələri ilə yaxınlaşma kursunu davam etdirir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Anqolaya səfəri ərəfəsində keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumatı “Anadolu” verib.

Türkiyə lideri bildirib ki, Baş nazir və Prezident postlarında işlədiyi müddətdə 28 Afrika ölkəsinə 38 dəfə səfər edib: “Ankara Afrika ölkələri ilə əməkdaşlığı heç zaman şəxsi faydaya hesablanmış şəkildə qurmayıb”.

Onun sözlərinə görə, 2020-ci ilin sonuna Türkiyə–Afrika ticarət dövriyyəsi 25 milyard dolları keçib. Türkiyə Afrika ölkələri üçün strateji tərəfdaşdır. Bu mənada Anqola və Toqoya səfər mühüm əhəmiyyət daşıyır.

Ərdoğan F-16 təyyarələri ilə bağlı verilən sifarişi də şərh edərək bildirib ki, bunu ABŞ Türkiyənin F-35 üçün ödədiyi 1,4 milyard dollar məsələsi gündəlikdə olduğu üçün təklif edib.

Dövlət başçısı bildirib ki, ölkəsi koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində 159 ölkəyə və 12 beynəlxalq təşkilata tibbi avadanlıq və dərmanlar göndərib. “TURKOVAC” peyvəndi istifadəyə veriləndə isə Türkiyə bütün ölkələrə kömək edəcək.

Qeyd edək ki, Türkiyə Prezidentinin Afrika ölkələrinə səfəri 4 gün çəkəcək. Afrika turnesi çərçivəsində Ərdoğan Anqola, Nigeriya və Toqoya gedəcək. Afrika istiqaməti Türkiyənin xarici siyasətində prioritet təşkil edir. Əgər 2002-ci ildə Afrikada Türkiyənin 12 səfirliyi fəaliyyət göstərirdisə, 2021-ci ildə onların sayı 43-ə çatıb. 2003-cü ilin sonunda Türkiyənin Afrika ölkələri ilə ticarət dövrüyyəsi 5,4 milyard dollar idisə, 2020-ci ildə pandemiyanın hökm sürməsinə baxmayaraq, bu göstərici 25,3 milyard dollar olub.

Ərdoğanın budəfəki səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusilə əhəmiyyətlidir. Turne başa çat­dıqdan sonra 21-23 oktyabrda İstanbul­da III Türkiyə–Afrika iqtisadi və işgüzar forumu, 18 dekabrda isə III Türkiyə- Afrika sammiti keçiriləcək.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”

19 Oktyabr 2021 00:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə