Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 311 Bakı şəhəri, 15 oktyabr 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 1992-ci il 3 mart tarixli 122 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına 7 nömrəli əlavə – “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə əvəz edilsin;
1.2. cədvəlin “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilsin;
1.3. 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz edilsin;
1.4. 7-ci bəndə “rayonlar” sözündən sonra “və şəhərlər” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 606; 2017, № 6, maddə 1236; 2019, № 6, maddə 1167; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 iyul tarixli 209 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin “Ödənişin məbləği” sütununda “Abşeron və Aran” sözləri “Abşeron–Xızı, Mərkəzi Aran, Mil–Muğan və Şirvan–Salyan” sözləri ilə, “Yuxarı Qarabağ” sözləri “Qarabağ” sözü ilə və “Lənkəran, Gəncə–Qazax” sözləri “Lənkəran–Astara, Gəncə–Daşkəsən, Qazax–Tovuz” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 529) ilə təsdiq edilmiş 8 nömrəli əlavə – “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin “Respublikanın, bölgələrin adları” sütununda “Yuxarı Qarabağ” sözləri “Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

18 Oktyabr 2021 22:39 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə