Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbiət fənnini tədris edən müəllimlər üçün vebinar təşkil olunacaq

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən oktyabrın 22-də ümumi təhsil müəssisələrində təbiət fənnini tədris edən müəllimlər üçün vebinar təşkil olunacaq.

İnstitutdan bildirilib ki, vebinara Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Məmmədova moderatorluq edəcək.

Onlayn tədbirdə müəllimlərə “Scientix” təşkilatının ümumi fəaliyyəti və Azərbaycanda təbiət fənlərinin tədrisində yaranan çətinliklər barədə məlumat veriləcək.

"Xalq qəzeti"

18 Oktyabr 2021 16:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə