Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və AzEduAz Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən müharibələri iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi Vətən yolunda hər cür fədakarlığa hazır olan, torpaqlarımızın etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan, təkcə sinif otağında deyil, eyni zamanda, cəbhədə vətənpərvərlik dərsi keçməyi bacaran, I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimləri geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.

"Xalq qəzeti"

18 Oktyabr 2021 16:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə