Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Haaqada Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

“Nizami Gəncəvi İli” çərçivəsində Niderland Krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə böyük mütəfəkkir və şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Haaqada Azərbaycan səfirliyinin binasında keçirilmiş tədbirdə ölkəmizin Niderlanddakı səfiri Fikrət Axundov, Azərbaycan, türk, yəhudi və uyğur diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbiri giriş sözü ilə açıb. Səfir Fikrət Axundov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.

Tədbir çərçivəsində diaspora üzvlərimizə fəaliyyətlərinə görə təltiflər və təşəkkürnamələr təqdim olunub.

Nizami poemalarından parçalar oxunub və Azərbaycan əsilli tanınmış musiqiçi İlham Babayev kamançada onun əsərləri əsasında bəstələnmiş musiqiləri, eləcə də Muğam sənətinin incilərini səsləndirib.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi Beniluks Azərbaycanlıları Konqresinin, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırovanın təşəbbüsü ilə təşkil edilib.

17 Oktyabr 2021 15:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə