Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən sutka 4 qəza-xilasetmə əməliyyatı həyata keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
 FHN-dən verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, o cümlədən 2 halda avtomobildə baş vermiş yanğın faktı, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub. Həmçinin, Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17 Oktyabr 2021 12:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Noyabr 2021 | 16:14
Sabaha olan hava PROQNOZU
27 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə