Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb

 

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan ekologiya ilə bağlı iyirmiyə yaxın komissi­yanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı Azərbaycanın müraciətlərinə cavab verilməyib: "Yanğınlar nəticəsində orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpası üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğal­dan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik".

F.Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub: "Bununla bağlı cinayət işi açılacaq və Ermənistan beynəlxalq hüquq müstəvisində törətdiyi cinayətlərə, vəhşiliklərə görə cavab verməli olacaq. Azad edilmiş ərazilərdə ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə icra olunur".

Nazir müavini diqqətə çatdırıb ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur: “Regionda analoqu olmayan böyük təlim-tədris müəssisəsinin yaradılması planlaşdırılır. Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq.

Yaz-əkin mövsümünə Zəngilandan baş­lamışıq. Payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub".

“Xalq qəzeti”

17 Oktyabr 2021 01:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə