Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıdakı muzeydə 10 mindən çox xalça sərgilənir

 

 

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksika­dakı səfirliyindən "Report"a verilən məlumata görə, yazıda 1967-ci ildə Bakı­nın İçərişəhər ərazisində dünyada ilk xalça muze­yinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin zəngin ekspozisiyanın bugünkü Azərbaycan Milli Xalça Muzeyində sərgiləndiyi bildirilir.

Qeyd olunur ki, xalçaçı­lıq ənənəsi türk xalqlarına məxsus qədim sənətkarlıq növüdür və fars xalçaları kimi tanınan əsərlərin də müəllifləri məhz türk xalçaçı­ları olub.

Muzeydə Azərbaycan hökuməti tərəfindən dün­yanın müxtəlif yerlərində tapılaraq Vətənə qayta­rılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim olunmuş xalçaların sərgiləndiyi qeyd olunur.

Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə–Qazax, Quba–Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üs­lubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqur­lar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

17 Oktyabr 2021 01:08 -

Köhnə versiyamızdan xəbərləri izlə