Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri Şıxarx qəsəbəsində xatirə ağacları əkiblər

Oktyabrın 16-da Şıxarx qəsəbəsində Azərbaycandakı diplomatik korpusun nümayəndələri xatirə olaraq 150 şam ağacı əkiblər.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ərazi haqqında məlumat verib.

Bildirib ki, 1978-ci ildə ermənilər bu­raya gəlmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi başlanıb. Münaqişə dövründə, yəni, 1991–1992-ci illərdə bu abidə ermənilərin özləri tərəfindən dağı­dılıb. Biz bu ərazini bərpa edib gələcək nəsillərə ötürəcəyik. Qoy onlar bilsinlər ki, ermənilər buraya köçürülüblər, bura­nın sakinləri olmayıblar. Onlar buraya İranın Marağa kəndindən köçürülüblər və ona uyğun olaraq da buranın adını Marağa qoyublar. Azərbaycan Ordusu qəsəbəni erməni işğalçıların­dan təmizlədikdən sonra buranın adı dəyişdirilib. Burada Vətən müharibəsi şəhidlərinin hər birinin adına meyvə ağacı əkilib.

Sonra səfər iştirakçıları ağac əkiblər.

AZƏRTAC

17 Oktyabr 2021 00:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə