Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bugünkü nəsil qalib Azərbaycanda yaşadığına görə xoşbəxtdir

2003- cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucu­su, bütün ömrünü xalqın rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu öndər prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Müd­rik şəxsiyyət müraciətində Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqma­tik düşüncəli şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu öndər İlham Əliyevə özü qədər inandığını, onun güclü siyasətçi olmaq­la yanaşı, dövlətini, xalqını sevən və lazım gələrsə, xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi.

Ulu öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox yaxşı bilirdi ki, dövlətimizin gələcək inkişa­fa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davam­çısı olacaq. 2003- cü il oktyabrın 15-də seçicilərin 76 faizdən çoxu prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, böyük ina­ma verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə olan bir dövlətə çevirdi.

Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu qurucu­luğunda böyük irəliləyişlərə nail oldu. Mü­asir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, məktəb və uşaq bağçaları inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayra­ğını yüksəklərə qaldırması məqsədilə ölkəmizin, demək olar ki, bütün regionla­rında Olimpiya idman kompleksləri inşa etdirildi.

Möhtərəm Prezidentimiz neft-qaz sənayesinin inkişafında böyük layihələrə imza atdı. Trans–Anadolu, Trans–Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda “Azəri”, “Çıraq” və Günəşli” yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dün­ya enerji sənayesində də həlledici rol oynadı.

Bakı–Tbilisi–-Qars dəmir yolu xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yolu xətti Asiya və Avropanı birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı–Tbi­lisi–Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu.

Prezident İlham Əliyev 18 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar. Ölkə başçısı­nın rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanla­rı möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.

Otuz il işğal altında olan torpaq­larımız möhtərəm Prezidentimizin müdrikliyi və qətiyyəti ilə işğaldan azad edildi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olundu. Dövlətimizin başçısı ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytardı. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi Prezident İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün ölkə başçısının yarat­dığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. Azərbaycanda yaşayan bütün millətlər bir ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdi. Bu məmləkətdə yaşa­yan dinindən, dilindən asılı olmayaraq, hər kəs azərbaycanlı olması ilə fəxr edir.

Möhtərəm Prezidentimizin ölkənin iqti­sadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. Bir vaxtlar neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatı bu gün qeyri-neft sektorun­dan gələn gəlirlər hesabına formalaş­maqdadır. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsinə dair strateji nəzəriyyənin müəllifi də məhz Prezident İlham Əliyevdir. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır.

Respublikamızın rəhbərinin yeritdiyi xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Bu uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri- da­imi üzvü seçildi. Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına dörd il müddətinə sədrlik etməsi dövlət başçı­mızın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Prezident, Ali Baş Komandan İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Qalib sərkərdə “hər zaman Ermənistanla müharibəyə hazır olmalı­yıq” fikrini səsləndirirdi və Azərbaycanda güclü, müasir ordu yaratdı. Bu ordu özü üçün “məğlubedilməz ordu” imici yarat­mış erməni ordusunu 44 günə darmada­ğın etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qaraba­ğa “Böyük qayıdış” planı reallaşmaq üzrədir. Yaxın vaxtlarda keçmiş məcburi köçkünlərimiz öz yurdlarına dönəcəklər. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə Azərbaycan daha güclü bir dövlətə çevriləcək.

Tarixdə zaman-zaman Azərbaycanın böyük sərkərdələri və dövlət başçıları olub. Bundan sonra yetişən nəsillər qürur duyacaqlar ki, onlar qalib Azərbaycan dövlətinin vətəndaşlarıdır. Bugünkü nəsil özünü xoşbəxt hesab edir. Çünki onlar İlham Əliyevin Prezidenti olduğu Azərbaycanda yaşayırlar.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor

17 Oktyabr 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə