Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rusdilli versiyası işə düşüb

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi “Telegram” platformasında fəaliyyətini daha da genişləndirir.

 

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” adlı kanal mövcuddur (https://t.me/economy_az) və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır.

 

İndi isə həmin kanalın rus dilində “Экономика Азербайджана” versiyası fəaliyyətə başlayıb. (https://t.me/economy_azru)

 

Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq. “Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlara “Telegram” tətbiqindən və ya kompüterlərdə veb-versiyadan istifadə etmək lazımdır.

16 Oktyabr 2021 18:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə