Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Ukrayna Mərkəzi açılıb

Bakıda Ukrayna Mərkəzi açılıb.

Bu barədə "Xalq qəzeti"nə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Ukrayna və Azərbaycanın qürur duyacağı çox şey var və məqsədimiz vətəndaşlarımızın bu sahədə daha çox məlumat və təklif almasından ibarətdir!

Yeni Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir”.

Qeyd olunub ki, bundan əlavə, Mərkəzin bazasında, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın himayəsi altında, qonaqpərvər Azərbaycanı ziyarət edən ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq. Məlumata görə, Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlmiş, xüsusən informasiya texnologiyaları sahəsində proqramların həyata keçirilməsi olacaq.

“Mərkəzdə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və Ukrayna dilinin populyarlaşdırılması məqsədilə Ukrayna dilinin öyrənilməsi üzrə dərslər də keçiriləcək. Ukrayna Mərkəzi, eyni zamanda, müxtəlif sərgilərin və tematik görüşlərin keçiriləcəyi bir növ sənət platformasına çevriləcək.

Ukrayna mərkəzi həm də Azərbaycanın Ukrayna diasporunun öz evini tapacağı yerdir”.

16 Oktyabr 2021 16:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə