Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər Kabineti əməkhaqları, pensiya və müavinətlərin artırılması üçün təkliflərin hazırlanmasına başlayıb

Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Nazirlər Kabinetindən "Xalq qəzeti" verilən məlumata görə, sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.
Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.

16 Oktyabr 2021 15:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə