Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Gənclər Birliyinin növbəti iclası keçirilib

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin V iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, iclasda Gənclər Birliyinin cari fəaliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Birliyin sədri Bəxtiyar İslamov ötən dövr ərzində görülən işlərdən bəhs edərək bildirib ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2021-ci il 7 sentyabr tarixli qərarına əsasən YAP Gənclər Birliyinin əsasnaməsi qəbul edilib. Əsasnamədə Gənclər Birliyi haqqında ümumi müddəalar, onun fəaliyyət istiqamətləri, fəaliyyətinin təşkili və iclasların keçirilmə qaydası kimi məsələlər öz əksini tapıb.

YAP Gənclər Birliyi tərəfindən cari ilin sentyabr ayı ərzində “Nizami Gəncəvi İli” çərçivəsində “Ümumrespublika Xəmsə Festivalı”nın keçirildiyini qeyd edən B.İslamov layihədə ümumilikdə YAP üzvü və bitərəf olmaqla 420 nəfər gəncin iştirakçı olduğunu xatırladıb. Bundan əlavə, “I Davamlı İnkişaf Məktəbi” iştirakçılarının layihənin sonuncu təqdimat mərhələsində olduğu diqqətə çatdırıb.

Qeyd olunub ki, partiyanın Vətən müharibəsinin ildönümünə həsr olunan tədbirlər planı çərçivəsində YAP Gənclər Birliyi tərəfindən silsilə layihələr icra olunur, eyni zamanda, Birliyin xarici əlaqələri genişlənir. Bu istiqamətdə Türkiyə, Ukrayna və Qazaxıstanın hakim partiyalarının gənclər təşkilatları ilə qarşılıqlı təmaslar həyata keçirildiyi bildirilib.

Daha sonra YAP Gənclər Birliyinin sədr müavinləri Sevinc Qasımova, Fəsli Nəbiyev və Birliyin üzvləri Ülkər Qəhrəmanova, Ülviyyə Axundova, İlqar Axundov, Ülkər Həsənova, Əkbər Cəlilov, Azad Manaflı, Fərid Sadıxlı, Nərgiz Babayeva, İlqar Quliyev, Coşqun Hidayətov, Salman Salmanov, Emil Aslanlı, Nərmin Heydərova, Niyaz Əliyev, Ayxan Tağızadə, Anastasiya Lavrina və Sabir Rüstəmov həyata keçiriləcək növbəti yeni layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

16 Oktyabr 2021 17:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə