Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin təşkil etdiyi üçüncü Beynəlxalq Türkoloji Araşdırmaları Simpoziumunda iştirak edib.

Bu barədə "Xalq qəzeti"nə institutdan məlumat verilib.

Bildirilib ki, şərqşünas alim onlayn qoşulduğu simpoziumda ingilis dilində “Ədalət və İnkişaf Partiyasının seçki qələbələrini təmin edən əsas amillər” mövzusunda məruzə edib. Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyasının parlament, prezident və bələdiyyə seçkilərində, o cümlədən referendumlarda qələbə qazanmasına gətirib çıxaran amillər araşdırılıb. Bu amillər arasında lider, iqtisadi və sosial inkişaf, seçkilərə hərtərəfli hazırlıq və s. rolu xüsusi vurğulanıb.

16 Oktyabr 2021 11:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə