Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın aparıcı media qurumlarının nümayəndələri iştirak edib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov qonaqlara Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması, habelə 44 günlük Vətən müharibəsi və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə məlumat verib.

Tədbir zamanı səfir, həmçinin Azərbaycan-Tacikistan münasibətlərindən danışıb, bu haqda fikir mübadiləsi aparıb.

Tacikistanın media qurumları ilə ölkəmizin media orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Tacikistanda fəaliyyət göstərən televiziya kanalları və elektron informasiya portallarında ölkəmizlə videomaterialların yayımı imkanları haqqında danışılıb.

Daha sonra səfir tacik jurnalistlərin suallarına cavab verib.

16 Oktyabr 2021 09:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə