Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meksika Konqresi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Meksika Deputatlar Palatasının bir sıra üzvlərinin təşəbbüsü ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Bəyanatda “bu il qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” deyilir, bu müddət ərzində Azərbaycanın uğurlu inkişaf yolu keçərək beynəlxalq aləmdə güclü və mütərəqqi bir dövlət kimi öz yerini tutduğu, eyni zamanda Latın Amerikası regionunda diplomatik varlığını artıraraq region ölkələri, o cümlədən Meksika ilə dostluq və əməkdaşlıq əlaqələri qurduğu bildirilir.

Sənəddə Azərbaycanın hazırda öz səylərini məcburi köçkünlərinin öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün azad olunmuş ərazilərinin yenidən qurulması, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin olunmasına yönəltdiyi qeyd edilir.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik ifadə olunur, eyni zamanda vətəninin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarına görə başsağlığı çatdırılır.

16 Oktyabr 2021 09:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə